Güllər dərən gözəl sənin,Əllərinə qurban olum,Zərif, ipək, həm də çıçək,Tellərinə qurban olum.

Şörəyelin maralısan,Dağların quzey qarısan,Lalədən çələng qoymusanGüllərinə qurban olum.

Yanağın tər, dilin baldı,Kəmalın əqlimi aldı.Qul Heydəri xəstə saldı,Ellərinə qurban olum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar