Ülgücə ülgüc deyərlərKəsəri lap çox olsa da.Mərdin dərdi böyük olar,Gözü-könlü tox olsa da.

Mən nərəm deyən bərbər də,Əsib-goşur xəlbət yerdə.Arada saxlamaz pərdə,Edər pisdik yox olsa da.

Heydər deyər, gədə pisdi,Əlimdəki cam da misdi.Bilməz soyuq, bilməz isti,Sözü acı ox olsa da.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri