Düşmüşük yollara, qismət Allahdan,Bəxtimizi qara, ya da ağ eylər.Məsləhət onundu, biz nə çarəyik,Dərdi sinəmizdə min bir dağ eylər.

Yurtdan ayrı düşmək borandı, qardı,Zülümdü, bəladı, çətindi, dardı.Didərgin ha desin mənim də vardı,Yad gülər, söylənər, ya da lağ eylər.

Əlbət bol olacaq qəmi yurdsuzun,Bulunmaz sevinci, dəmi yurdsuzun.Aşıq Heydər kimi cəmi yurdsuzun,Tanrı üstündədi, canın sağ eylər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq