Aşıq Heydər:Yahu-yahu deyən kəslər ucadadı, ay Nəsib,Oğru olan, çuğul olan bacadadı, ay Nəsib.Əyri yollar bizə olmaz, uğraşırıq haqla biz,Yaxşı mətləb, dürlü sözlər qocadadı, ay Nəsib.

Aşıq Nəsib:Mərd olanlar uca tutar təmiz adı, ay Heydər,Kökü bəlli, düz əməlli əsli-zatı, ay Heydər.Oğru, çuğul nə karədir, salma sözü belə sən,Gəl bu yerdə yaddan çıxart mazarratı, ay Heydər.

Aşıq Heydər:Yaxşı işdən, xoş niyyətdən sözünü tut, söz danışYa alış yan, qiybət elə, bu fələkdan yüz danış.Düz adamsan yolun birdi həqiqəti düz danış,Sən seçənsən doğru-durust dostu – yadı, ay Nəsib.

Aşıq Nəsib:Yaxşıynan pis qoşa gedir, aramıza cüt çıxır,Vaxt olur ki, güzranıma salaxana it çıxır.Adam var ki, var-yox gedir, el içinə lüt çıxır,Yeri-yurdu viran olub, çaladadı, ay Heydər.

Aşıq Heydər:Tanrı verən paya şükür, azı-çoxu deyəmməm,İnsanların gözü acdı, çoxu toxdu deyəmməm.Qismət verən özü bilir həmin vaxtı deyəmməm,Alan bir gün alacaqdı amanatı, ay Nəsib!

Aşıq Nəsib:Haqq verənə mən qailəm, sən özün də bilirsən,Hara getsən peşimləsən, sən də ora gəlirsən.Telli sazla ürəklərdən dərdi-qəmi silirsən,Mən olmuşam sözdən kənar, onun matı, ay Heydər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri