Vədəsidi
Xal düşübdü yamac-yala,Qar gedir, yaz vədəsidi.Sevənlərə xəbər olar,Gözəl avaz vədəsidi.
Nə gözəldi dağın döşü,Danaqıran, mollabaşı,Deyir, yola saldıq qışı,Qızların naz vədəsidi.
Heydər, əsir dağın yeli,İş-gücə tərpədir eli,Çayın, gülün, suyun, selin,Ördəklə qaz vədəsidi.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-vedesidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Təcnis: Çəkmiş yar oxunu, salmış yayına
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
GözəllərSəhər çağı çıxdın mənim qarşıma,Göründü gözümə dəstə gözəllər.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Mən olumGül bağçadan boylanan yar,Boyuna qurban mən olum.