Bilmirəm
Dili bağlı necə durum,Dinib - danışa bilmirəm.Bir çayam, suyum quruyub,Qaynayıb- daşa bilmirəm.
Kimsə anlamaz dərdimi,Qana bilmirəm mərdimi.Sovet biləcək qədrimi?Çıxaram başa - bilmirəm.
Kefi duru erməninin,Halı yaxşı ölməlinin.Vaxtıdı gicin,dəlinin,Olublar paşa, bilmirəm.
“Böyükdü” gədə - güdələr,Bicdən, şeytandan ötələr.Istərlər məni didələr,Dəyib - dolaşa bilmirəm.
Aşıq idim, adım qalıb,Ocaq idim, odum qalıb,Təndir idim, badım qalıb,Deyim sirdaşa, bilmirəm.
Boğaza keçən çatıdı,Şura kasıb dövlətidi?!Türkə düşməndi, qatıdı,Buna baş qoşa bilmirəm.
Çuğulluq peşə olubdu,Boş başlar huşla dolubdu.Heyrərdən Allah alıbdı,Çalım, çalışa bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atlaz yorğan, atlaz döşək yumuşaq,Boynuma almışam bir parça uşaq.
XoflanmaSözün ziyanı yox, sazın ondan çox,Sənətkar görəndə xoflanma bir də.
Yaşılbaş sonalar göllərə gəlirGöy buludlar arasından süzülüb,Qatar - qatar nizamlanıb düzülüb,
Zamanənin ələyindən ələndimZəmanənin ələyinnən ələndim,Can içində cana gəldim,doğuldum.
Başqa şairlərin şeirləri
Siz görək sani-biçun,Nə əcəb sənət eyləmiş,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Açıq məktubHacıya, vardı sənin mülki-Səmədabadın,Qoş tarazın və iki danə oğlu imdadın,
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?