Səhər çağı çıxdın mənim qarşıma,Göründü gözümə dəstə gözəllər.Aylar-illər həsrətini çəkdiyim, -Olmuşam dərdinnən xəstə gözəllər.

Əflatun loğmana getdi dərmana,Yanıram oduna mərdi-mərdana,Dolanım başına, olum pərvana,Qoymayın könlümü yasda gözəllər.

Alıyam, dünyada xam xəyal oldum,Baxdım gözəllərə kəm xəyal oldum.Düşəndə yadıma kəm xəyal oldum,Al sinən üstündə bəstə gözəllər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri