Qoca dünya çoxun yola salıbdı,Köçən köçüb, köçməyənlər köçəcək.Qafil, içmə bu gün əcəl şərabın,İçən içib, içməyənlər içəcək.

Necoldu var üçün qanlar tökənlər?Əziz canın al qumaşa bükənlər,Unutmasın şərmü-xəta əkənlər,Biçən biçib, biçməyənlər biçəcək.

Yazıq Alı, nə tez düşdün həvəsdən,Sərraf olan seçər qızılı misdən,Arif olan kəslər, yaxşını pisdənSeçən seçib, seçməyənlər seçəcək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri