Mərifətli, qabliyətli yar olsa,Alsam da qoynuma il, incimərəm.Qızılgülün ətrafında xar olsa,Axıtsan eynimnən sel, incimərəm.

Məqsədini yaxşı-yaman qanıram,Həsrətinnən alışıram, yanıram,Əsil gözəlləri mən də tanıram,Saxlasın yanında el, incimərəm.

Alıyam, sinəmdə olubdu yara,Mayılam könlümü bağladam yara.Yetirin cərraha, o loğman yara,Ölsəm də yanında, bil, incimərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri