Pozuldu dövranım, nəs gəldi ilim,Mən gördüyüm o zəmanə dönübdü.Uçubdu bülbülüm, boş qalıb gülüm,Bahar-yazım zimistana dönübdü.

Solubdu bağçamın gülü, şəbnəmi,Bürüyüb sinəmi möhnətin qəmi.Yavaş-yavaş çatır ayrılıq dəmi,Dərdim artıb bir ümmana dönübdü.

Talanıb dövlətim, tükənib varım,Arif məclisində görünmür yerim.Ərşə çəkilibdi yuxum, qərarım,Rəxti-xabım şahmarana dönübdü.

Etibar qalmayıb qohum-qardaşda,Günah çoxdur eli qatan əyyaşda.Mərdlər batindədi, gədalar başda,Bəxti qalxıb Temir xana dönübdü.

Fələyin felindən olmadım halı,Gətirdi başıma min qilü-qalı.Mahalım Göyçədi, öz adım Alı,Qapı-bacam dəyirmana dönübdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar