Kim varıb kuyinə ol qaməti-rənayə baxar
Kim varıb kuyinə ol qaməti-rənayə baxar,Elə bilsin ki, girib cənnətə, tubayə baxar.
Mərdümi-didələrin əksi, gözümdə guya,Şahi-hindu otuurub gəştidə, dəryayə baxar.
Dəhənin rəmzini bilmək bizə, bənzər ona kim,Tifl əbcəd oxuyur, elmi-müəmmayə baxar.
Atəşi-rəşk məni yandıdı, şəmi keçirinKi, məbada rüxi-gülrənginə həmsayə baxar.
Yay qışı altına mərdümləri çeşmi-siyəhin,İki tərsa-bəcə san taqi-kəlisayə baxar.
Bitəmənna baxar ol arizə çeşmim, əmmaDilrüba öylə bilir özgə təmənnayə baxar.
Olma məğrur, gözüm zülfdən öyrən ədəbi,Nə qədər olsa işi üzdə anın, payə baxar.
Nola nəzzareyi-rüxsarına el cəm olsa,Eydi-novruz gələn dəmdə kişi ayə baxar.
Təlxkam etmə bizi, saqi, çəkil bir tərəfə,Ləbi-meygunu görən sağəri-səhbayə baxar?
Dəftəri-bərgi-gülü almış elə badi-səba,Bülbülün baqisi var, hasili-sövdayə baxar.
Dedilər, var fələkdə sənə manənd, Məsih,Yoxdu, bihudə çıxıb ərşi-müəllayə baxar.
Vamiqü Qeys dəm urmaz dəxi aşiqlikdən,Rəvəşi-eşqdə gər Zakiri-şeydayə baxar.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-kim-varib-kuyine-ol-qameti-renaye-baxar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostu kuyindən bir gələn yox soruşaq,Görək həmdəm indi o yarə kimdi?
Dost yolu bağlandı, ümid kəsildiDost yolu bağlandı, ümid kəsildiQasidin dəmbədəm kitabətindən.
Dur sallan, dur sallan, boyun qurbanıDur sallan, dur sallan, boyun qurbanı,Tamaşalar etsin sənəmlər sənə.
Dün düşdü güzarım yarın kuyinəDün düşdü güzarım yarın kuyinə,Dərdü qəm çevrəsin alıbdı, gördüm.
Başqa şairlərin şeirləri · Eşq
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
ÜrəkSən onun eşqilə, məhəbbətiləVurmadın ömrünü başa, ürəyim.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Viranə Şəmaxidə mənə gənc tapılmazViranə Şəmaxidə mənə gənc tapılmaz,Bir gənc bu viranədə birənc tapılmaz.