Könlüm quşu seyd oldu gözü qaş arasında,Qanlar düşəcəkdir iki yoldaş arasında.

Sədparə dilin hər itinə parəsi düşdü,Təqsim ola yəğma necə ovbaş arasında.

Bak eyləməzəm səngi-cofadən eşigində,İncirmi vətəndən, kəs ola daş arasında?

Sərçeşməyi-çeşmimdə ləbin əksidi bilməm,Ya xuni-cigərdirmi gəlib yaş arasında?

Bir aydı qaşın tərhinə qoymuşlar əl, əmmaVar külli kəşakəş hələ nəqqaş arasında.

Köksün çıxarıb gül pirəhondən o nigarın,Əmib-əmib, ondan qoyasan baş arasında.

Zakir, belə avarəvü heyran qalınca,Ölüb qala idin oların kaş arasında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq