Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş,Əcəb naəmn mənzildə məkan ol natəvan tutmuş.

Edərlər əhli-dərdi qanda görsə rəhm mərdümlər,Gözün mərdümləri tək kimdir ox çəkmiş, kəman tutmuş.

Olub huşyar bəzmi-badədən ol gün əyağ çəkdimKi, gördüm ləli-nabınla qılır dəva o qan tutmuş.

Dəhən sirrin eşitdim xürdədandır, qönçədən sordum,Dedilər: bilməzik, bu sirri həq bizdən nihan tutumuş.

Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündənSərasər yer üzün sövtü sədayi-əlaman tutumuş.

Dolanır dövri-rüxsarında gərçi müflisi-eşqin,Nə sud, ol gəncdən kim çevrəsin əfi ilan tutmuş.

Qəmü möhnət yükün yoxdur cahanda çəkməyən, əmmaŞikəstə Zakirin çərxi-fələk barın giran tutmuş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq