Aldım qələmi namə yazam, yarə könüldən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Aldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.
Ol qönçə dəhən dilbərə yetkəc dil uzadıb,Bülbül kimi hər dəm gələ göftarə könüldən.
Tez-tez qoyub ol sərvi-qədin payinə başın,Tabus qılıb icz ilə yəlvarə könüldən.
Əvvəl alıb nitqi-Məsihadən icazət,Axır edə hər ərzimi sərdarə könüldən.
Xunbarlığın dideyi-giryanımı bir-bir,Təqrir edə ol gözləri xunxarə könüldən.
Pərvanə sifət düşdügümü vadiyi-hicrə,Hərlə ləhzə deyə atəşi rüxsarə könüldən.
Naçarlığım ərzi edə ol şahi-cəhanə,Rəhm eyləyibən bəlkə edə çarə könüldən.
Keyfiyyəti-əhvalı və həm qisseyi-hicri,Ərz eyləyə, bilgi verə dildarə könüldən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Aşiq, qəmi-hicranı yazıb eyləydim irsal,Ol zülfi siyahə bu üzü qarə könüldən.
Kitabxana.az · https://kitabxana.az/works/mehemmed-bey-asiq-aldim-qelemi-name-yazam-yare-konulden
← → düymələri ilə keçid, R — təsadüfi şeir