Nə anladıq bu gəlmaqdan
Nə anladıq bu gəlmaqdan,Bu altı aylıq qonaqdan?Kabab olduq ağlamaqdan,Allah, özün imdad elə!Təzkirəni aldı ələ,Canıma saldı vəlvələ,Yanm gedib, nə vaxt gələ?Qəmli könül, fəryad elə!Aşıq ağlar acı-acı,Yar baxar ona qiyğacı,Saxla atın, arabaçı!Aşiqləri bir şad elə!Sənin ilə könlüm xoşdur,Necə görüm yerin boşdur?Yarın qəfəsdə bir quşdur,Tez gəl, onu azad elə!Əmoğlucan, səni tan,Dön bir də bax mənə san,Ytxıldı könlüm divan,Gəl, gəl, onu abad elə!Ağ gərdəndə qara şəvə,Mən baxaram sevə-sevə,Sil göz yaşın, qayıt evə,Yıx köyümü, bərbad elə!Yarım gözdən nəhan oldu,Dağlar başı duman oldu,İşim ahü fəğan oldu,Allah, özün imdad elə!
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-ne-anladiq-bu-gelmaqdan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki qız aldın əlimdən, boyadın qanə, çiçək!Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!
Çək başuvu yorğan içinə!Dilbər istər apara mülçünü müjgan içinə,Ey xuda, küfr girir din ilə iman içinə.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?
Fərzəndani-şəbüstərYemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.
Başqa şairlərin şeirləri · Eşq
Ey tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
OlmuşamMən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,