Oxuyun
Arvadın bilsə yazıÖzü yazar kağızı,Yalvarmaz yad kişiyə,Sən keçəndə Arazı.Mane olma yazıya,Gedin deyin qazıya:Qeyri millət öyrədirYazı yazmaq tazıya.Oxu rusca, almanca,Möhtac olma dilmanca.Hər kəs desə “Günahdı”,Başın dola qırmanca.Eşit dədən sözünü,Oxu, öyrən yazım,Qara yazı ağ eylərOxuyanın üzünü.Oxur urus qadmı,Anlar elmin dadını,Bizim Hacı kişilərYazammaz öz adını.Gözün sil bax maşına,Dolanır özbaşına.Biz də bir zad qayıraq,Əyləşməyək boşuna.İranlı qənd qayırsa,Möhtac olmaz Prusa.Axund deyər: MüsəlmanKafər olar oxusa.İtalyanlar - imansız,İngilis, həm fransızBizə iynə verməsə,Qalacağıq tumansız.Avtomobil yürüdü,Toz aləmi bürüdü,Arvadlar baxıb dedi:— Bu cindi, ya pəridi?Avtomobil qoşdu getdi,Dağlan aşdı getdi.Bizim ulaq yeriməz,Hövsələm qaşdı getdi.Yayda suyu dondurar,Rus, erməni və bolqar.Bacarmırsan qışda sənBə cəhənnəm, bə finnar.Mən gedirəm Mərəndə,Tamaşadı gələndə.Bizim millət yuxlayıb,Ayılacaq öləndə.Dalın çevir Miyana,Baxma zərər-ziyana.Saqqalı qırx tök yerə,Culfanı keç o yana.Təyyarə çıxdı göyə,Gəlirlə bizim köyə,Biz neylərik görəsən,Od yağdırsa Güneyə?Bir dənə yox Almanda,Hətta FrəngistandaFalçı darülfünunu-Min dənə var İranda.Öküzü danammaram,Duzəxdə yanammaram.Yer havada dolanır?Mən buna inanmaram.Deyirəm, sür dərəyə!İnanma cin, pəriyə,Hər kəs gəür qabağa,Biz gedirik geriyə.
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-oxuyun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qulaq verin, sizə var bir-iki sözüm, bacılar!Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar!
BəzəkDəvədən öyrənib bizim bacılarBoynuna zəng asa beş-altı qatar.
BahalıqYaran, başuz sağ olsun, çay çox giran olubdur,Girvənkəsi otuz beş sahibqıran olubdur.
Boşla, gedəKişi, sənə deyirəm: hey filanı boşla, gedə!Vəfası yoxdu cahanın, cahanı boşla, gedə!
Başqa şairlərin şeirləri
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Badə məclisində məni yad etsənGedər bu qəm-kədər, şadlanaram mən.