Bəzək
Dəvədən öyrənib bizim bacılarBoynuna zəng asa beş-altı qatar.Beyni xalidir elmdən, əmmaVar qızıl gərdənində bir xalvar.
Gərdənində fəqət zərin çoxdur,Qeyri bu bir fəzilətin yoxdur.Xaneyi-qəlbimiz qaranluxdur,Sinəmiz gər ki, gün kimi parlar.
Sənə həsrətlə binəva baxırı,Nari-həsrət ciyərlərin yaxırı.Vəlibağı yerindi, bil, axırı,Boşla kibri, qüruri, ey dindar!
Bivəfadır cahan! Olar bir günSatılar, sinə boş qalar bir gün,Yaş ilə gözlərin dolar bir gün,Özgə qoynunda çün gəzər onlar.
Fəxr edə elm ilə gərək arvad,Nə bu zər ilə, ey evi bərbad!Gəz, dolan, bir könül elə abadKi, vilayətdə ac qalanlar var.
Demirəm vermə ziynət əndamə,Əşrəfi düzmə sədri-gülfamə;Düz və lakin aparma həmmaməKi, gəda öz yanında olmaya xar.
Demə naməhrəmə sözün, bacı,Oxu, yaz kağızı özün, bacı,Özgəsi yazsa kağızın, bacı,Sirrüvü faş edər, qəmin artar.
Dur dağıt cəhl evin, xərab eylə,Elmsizlikdən ictinab eylə,Gecələr həmdəmin kitab eyləKi, o hər qüssəni, qəmi dağıdar.
Bisavad bacılar qışı, yayı,Yığışar bir yerə, içər çayı,Qeybət eylər xala və zəndayı,Olu saət səkiz, xoruz banlar.
Oxusa ruznaməni nisvan,Gedər əldən,-deyər,-bizim iman.Deməsin xəlqə iftira, böhtan,Neyləsin bəs o binəva cindar?
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-bezek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir.
Bekarlara nəsihətHər şəxs gərək eyləyə bir sənətə xidmət,Bir iş görə, ta olmaya mehtaci-cəmaət.
Bu necə əsridi?Yoxdu bir şəxs mənim tək meyə müştaq olsun.Saqiya, ver, iki dünyadə üzün ağ olsun!
Bu necə vilayətdir?Xoşa səadətinə on ki, əhli cənnətdir,Ki, yəni sahibi cahü-cəlalü dövlətdir.
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Aşıq Valehin cavabıEy bic, sənin Canidən özgə pədərin var,Ondan sədəf sinədə, muncan gövhərin var.
BizÖvradımız, əzkarımız əfsaneyi-zəndir,Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir