Bahalıq
Yaran, başuz sağ olsun, çay çox giran olubdur,Girvənkəsi otuz beş sahibqıran olubdur.
Ponzasını satırlar altı qırana qəndin,Kişmişlə dadı qaçmış ol çayi-dilpəsəndin.Rəngü-rüxü solubdur çaydani-dərdiməndin,Qənddani-binəvanın qəddi kaman olubdur.
Dad vermiri ağızda şiriniyi-cəvanmərg,Əndamı, təhri, təmi, hər zadı misli gerçək.Yox bir nəfər desin ki, bəsdir bu çaydan əl çək.Bain həmə qurumsaq İranda xan olubdur.
Dünyanı əhli-məğrib döndərdi Kərbalayə,Dəva bir az da sürsə başım keçər cidayə,Biçarə zərli fincan həsrət qalıbdı çayə,Əttövbə, tövbə, yaran, axir zəman olubdur.
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-bahaliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə.
Canlı cənazəMahi-siyam gəldi, məni saldı möhnətə,Ey kaş, gəlmiyəydi oruc bu vilayətə.
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!
Çəkmə siqarə!Ey gözləri piyalə və ey qaşları qələm,Dərdi-fəraqin ilə Əli, az qalır öləm!