Mahi-siyam gəldi, məni saldı möhnətə,Ey kaş, gəlmiyəydi oruc bu vilayətə.Görsən, məhi-mübarəki, saqi, beş-on təpikVur, bəd söylə məndən o biarü-qeyrətə:Ey mahi-ruzə, ey rəməzan, ey filan, filan,Xəlqi gətirmə təngə, özün salma qeybətə!Get hər yerə kefindi, vəli gəlmə Təbrizə,Yoxdur dəvam məndə otuz gün kəsalətə.İftarı yox, obaşdanı yox binəvələrin,Təklifi-şaq həqq eləməz bibəzaətə.İftar üçün kəbab edisən bir çərək əti,Ey malidar, gəl bizə, bax bir qənaətə!Axşam olanda çölməyi ləbriz edər xanım,Yəni ki, bir çərək su tökər həfdirəm ətə,Qəlbi zəif edər bu qəza, əqli tarümar,Mən tapdaram uşaqları, arvad dönər itə.Arvad mənə-yaman, mən ona-silləvü təpik,Qan eyləri, gər olmasa həmsayə vasitə.Cəngü cidal mahi-mübarəkdə çox olur,Həqsiz çıxar fəqir gedə gər şikayətə.Varlı əgər fəqirin əzə daş ilə başın,Tənbih edər hökumət o başı cərahətə."Xəmseyn əlf" ayəsi nazildi şəninə,Əlhəq bahar günləri bənzər qiyamətə,Bir il qalıb əzanə hələ başı qoy yerə.Ey binamaz, açma gözün, baxma saətə!"Yat, başüvi kəsim!"-desə vaiz, varam, bəli,Amma yoxam oruc kimi müşkül ibadətə.Çay içməsəm səhər gedərəm ixtiyardən,Qoymazla-qoymasınla məni baği-cənnətə!Mali-yetimi molla yeyir, mən orucluğu,Mən mali-həqqə bəndəm, o mali-rəiyyətə.Ey yar qar, kafər edirsən Əlini sən,Əyləşmisən Yezid kimi təxti-xilafətə.Tüllabi yığmısan başuva bir məram ilə,Məxfi deyil məramin, əmu, zifərasətə.İrzi qalıb eşikdə mühacirlərin təmam,Əmma verir tümənləri əshabi-sərbətə.On min tümən fəqir pulun qoymusan evə,Təzvir edib, həsir salısan sən imarətə....Saqi, dünən bu vaxtı keçirdim Bərabdən.Düşdü gözüm o səmtdə bir bikəs övrətə.Bimaridi, qəribidi, biixtiyar idi,Möhtac idi qəzayə, dəvayə, himayətə.Mən müztərib baxırdım o canlı cənazəyə,Ağlardı gözlərim o pərişan qiyafətə.Bir təxtəparə tək qurumuşdu o binəva,Gördüm o hal ilən döşənib xaki-zillətə.Zülfün edib niqab saralmış üzarinə,Başın qoyub daş üstə, gedib xabi-rahətə.Şəkli bəyan edirdi ki, bu bir əziz imiş,Biçarə bir qəza ilə düşmüş bu halətə,Hər kəs ona baxıb dedi: qalmıbdı bunda can,Mən də deyirdim: ömrü yetişmiş nəhayətə.Nagah gətirdi huşə onu taqqataq səsi,Açdı gözün yavaşca, məni saldı heyrətə.Bir baxdı həsrət ilə, yenə yumdu gözlərin,Əydi başın, üzün dayadı səngi-ibrətə.Möcüz: bu səs nədir?-dedi; baxdım, dedim ki: heç!Dövlətlilər gedirlə nəmazi-cəmaətə.Bir ah çəkdi, şöləsi yandırdı şairi,Ya rəb, olarmı çarə bu biçarə millətə!?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri