Yükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir.O zülmi ki, edirsən sən, onu hərgiz firəng etməz,Düşün, ey kəmsəadət, sən müsəlmansan, o kafərdir!Bizi soxma, qanatma üzvini biçarə heyvanın,Sən insaniyyətin pozma, əgər qarşındakı xərdir.Qabırqasın əzirsən ki, tez olsun mətləbin hasilGedəmməz o yeyin ondan, o nə maşın, nə əstərdir,Sənin qorxundan ahulər səri-daqi edib məskən,Pələngü gərgədəndən çün bəniadəm sitəmgərdir.Dili yoxdur gedə ərzə, şikayət eyləyə səndən,O da dərdin deyər bir gün, o gün ki, ruzi-məhşərdir.Niyə zülm eylədin biçarəyə?-Səndən sual eylər,Onu xəlq eyləyən var, xaliqi allahi əkbərdir.Qəmavərdir bu sözlər, Möcüza, sən böylə yazmazdın,Nə görmüşsən bu gün söylə, nədən halın mükəddərdir?Səyahət eylə bir şair, dolan, gəz mülki İrani,Məgər iranlıya, yahu, Vətən bir bu Şəbüstərdir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri