Bahar oldu
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Dolu qoydu kəmanə topların, atdı biyabanə,Xiyarın ixtiyarı getdi əldən biqərar oldu.
Nə qarpız qaldı bostanda, nə gərmək, ah va veyla!Kədu, pəncər və gərmək də təmamən zəxmidar oldu.
Üzün tutmuş göyə bostançı, söylər: Ey rəhim allah!Çuvallar qaldı boş, mən boşlu, karim ahü zar oldu,
Sitəmkari, görüm, tari özü salsın yaman dərdə,Səbəb bu dərd-bidərmanə çərx kəcmədar oldu.
Xiyarə vurdu min yarə fələk, şərrin bilirsizmi?O da çün qoydu kakil başə, bu dərdə düçar oldu.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nə qarpız şad olur bu əsrdə, Möcüz, nə xərbuzə,Və gərmək xar olub qaldı, qəribə ruzigar oldu.
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-bahar-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey gözləri piyalə və ey qaşları qələm,Dərdi-fəraqin ilə Əli, az qalır öləm!
Çiçəkİki qız aldın əlimdən, boyadın qanə, çiçək!Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!
Çək başuvu yorğan içinə!Dilbər istər apara mülçünü müjgan içinə,Ey xuda, küfr girir din ilə iman içinə.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?