Baykalın suları lal,Axar gedər, axar gedər,Baykalın suları bal,Axar gedər, axar gedər...

Burdan düz keçmək olmaz,Sahildə dayan bir az.Sənə min gözəl maral,Baxar gedər, baxar gedər...

Əgər sevsən biriniAçsan ürək sirrini,Desən ki, qalasıyam,Mən səni alasıyam.Qara gözün könlünüYaxar gedər, yaxar gedər...

Bakıdanam, söyləsən,“Ay qız, mənə gəl” desən,Üzük təklif eyləsən,Alıb şana barmağa,Taxar gedər, taxar gedər...

Təbrik edir dost, tanış,Bu saf eşqinə alqış,Keçər yüz-yüz payız, qış,Bahar gedər, bahar gedər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar