Ey könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!

Neylərəm gülşən tamaşasmda nərgis söhbətin,Çün gedər hər söhbətimdən çeşmi-məstan, əlvida!

Bülbülə gül arzusu, aşiqlərə didari-dust,Bir bəladır müddəası ahü əfğan, əlvida!

Qalmadı gülşəndə səbzə, guhsarın laləsi,Görməyə bir daği-hicran çərxi-dövran, əlvida!

Sinəçak oldu qəmindən qönçələr fəsli-bahar,Qıldı rüxsarın xəyalı bağrmı qan, əlvida!

Şövq rüxsarın xəyalı gör nə qıldı bülbülə,Qəm budağmda oxur zarilə hər an, əlvida!

Məqtə — şairin təxəllüsü olan son beyt. Ayrılıqdandır bənövşə səmigun olmuş müdam,Ey Kərim, qıldı anı xak ilə yeksan, əlvida!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran