Məndən fələk ayırdı vəfapişə yarimi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Məndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,Hicri-nigar əlimdən alıb ixtiyarimi.Bir əhli-dərd yoxdu bu viranə şəhrdə,Tainki kəşf edim ona mən hali-zarimi.Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş,Ya rəb, tükətdi taqətü səbrü qərarimi.Bəzmi-vüsalə məhrəm olan vəqtdə bilmədim,Məndən fələk kənar edər ol gülüzarimi.Bir aşiqəm ki, lalə sifət tuş qılmışam,Tiri-bəlayə mən bu dili-dağdarimi.Ya rəb, əsib səmumi-cəfa bir dəqiqədə,Qıldı əvəz xəzanə mənim növbaharimi.Başə əcəl yetişdi, fəraq öldürür məni,Bir görmədim o ahu baxışlı nigarimi.Hər kəs ki, Arifa, çəkib eşqin bəlasini,Mən eyləməz görəndə mənim ahü zarimi.
Kitabxana.az · https://kitabxana.az/works/cavid-menden-felek-ayirdi-vefapise-yarimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…*L e n a
Üçüncü pərdəTiflisdə gürcü zevqinə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıaçılmış ipək pərdəli qapıdan misafir dolu ikinci oda görünür. Içəridə kamançada "şur" çalınar. Şubat gecəsi… Ş a k r o yarımsərxoş olaraq içəridən salona keçər. Digər qapıdan dalğın M a r q o əlində boş təpsi gələr.*Ş a k r o
Dördüncü pərdəİki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə… Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. S o l o m o n bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həzİranın son günləri. Aqşam… Uzaq qomşuda pianoda lirik parçalar çalınar.*K n y a z alafranqa qıyafətdə olaraq balkonda ətrafı seyrə dalar. Salona keçib Solomona yaqlaşar.*
Beşinci pərdəBerlində bir kafe-restoran… Sağda, solda birər qapı… ucda küçük bir səhnə… Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer… Ətrafda müştərilərə məxsus masa və sandaliyələr… Mayısın ilk günü…Solomon bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi q a d ı n l a r və q ı z l a r masaları silib təmizlər. Qadınlar şişman ikən qara gündən avurdları batmış, qızlar isə zəif solğun görünürlər.*
Başqa şairlərin şeirləri · Eşq
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Cəfa çəkdim, bağ yetirdimCəfa çəkdim, bağ yetirdim,Gülşəni xarə tapşırdım.
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.