Cəfa çəkdim, bağ yetirdim,Gülşəni xarə tapşırdım.Bunca fikrü xəyal etdim,Tapmadım çarə tapşırdım.

Ölsəm qoyun, sizi tarı,Yönümü dilbərə sarı.Özüm öz əlimlə yarıBu gün əğyarə tapşırdım.

Nə qədər eylədim minnət,Vəslinə vermədi fürsət;Lailac olub, aqibətGənci şəhmarə tapşırdım.

Qaldım misali-pərvanə,Eşq oduna yanə-yanə;Canı göndərdim cananə,Dili dildarə tapşırdım.

Xəstə Zakir kimi hanıKönlü olan qəm məkanı?Mən öldüm, ahü əfğanıBülbüli-zarə tapşırdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq