“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.“Te” təkmil muyları cilvələnibdi,“Se” sərxoş sallanıb sərgəndər gəzər.

“Cim”dən hicab edər, “ha”dan hayalı,“Xa”ya müştaq olur fikir, xəyalı,“Dal”ın daldası var, qəmər ziyalı,“Ze” zalım qətlimə fərmanı yazar.

“Re”dən iraq düşdüm, mənzilim cüda,“Za”zar çəkib zardan yanaram oda,“Sin” səlbi boyludu, yar mələkzadə,“Şin” şövqü günəşdir, hüsnü ləli-zər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq