Aşıq Şenlik

1850 — 1913 · Şair · XIX-XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Aşıq Şenlik (əsl adı:Həsən) — Azərbaycanlı Türk aşıq

Bəlli olduğu kimi, Çıldır aşıqlarının sənət ocağının əsas ənənə-gələnəkləri Xəstə Hasan – Aşıq Nuru – Aşıq Şenlik – Balakişi, Qasım, Nəsib – Gülüstan Çobanoğlu, Aşıq İslam, Yılmaz Şenlik, Aşıq İsgəndər – Murad Çobanoğlu, Şərəf Taşlıova və digər bəlli çağdaş aşıqların fəaliyyət xətti üzrə inkişaf edib, ustad-şagird ənənəsi ilə bağlı yeni yetişən istedadlara təhvil verilməkdədir. Çıldır aşıq yaradıcılığı qonşu Axalkələk, Ağbaba, Gümrü və Borçalı aşıq yaradıcılığı ilə qarşılıqlı təsiri və sıx bağlılığı da inkar olunmaz bir həqiqətdir. Və mən deyərdim ki, bu bağlardan söhbət açmalı olan hər bir sənət və bilim adamı ilk olaraq bizim böyük sənətkarımız Aşıq Şenliyin adını çəkməyə borcludur. "Bizim böyük sənətkarımız" ifadəsini isə təsadüfən işlətmədim. Aşıq Şenliyin adını təkcə bir mahalın saz-söz dünyası ilə bağlamaq, sadəcə olaraq, mümkün deyil. O, Türk Dünyasının azman aşıq-şairlərindən biridir.

Mənbə: Vikipediya — «Aşıq Şenlik» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət