Dastanlar
Aşıq Şenlik- Nəsr
- XIX-XX əsr
- 4 əsər
- Oxu müddəti: 18 dəq
Ərbahan çayının yanında Reyhan bağının ətəyində Camqara kəndi var idi. Həmin kənddə Xəlil ağa adlı bir nəfər yaşayırdı. Onun uşağı olmurdu. Bir kişi də uzaq yerdən gəlib həmin Xəlil ağaya nökər olmuşdu. Gün keçdi, ay keçdi həmin kişinin bir oğlu oldu, adını da Məhəm məd qoydular. Aradan iki il keçdi, Xəlil ağanın bir qızı oldu. Ailədə şadlıq elədilər.