Səməd bəynən İsmeylin seyrinə vardım,Bu diyarı gəzə-gəzə əfəndim.Səməd bəy namində bir vəzir gördümVəsvini qaldırram saza əfəndim.

Ağam Səməd bəydi onların başı,Mehralı şahların alıcı quşu,Yanında var çox əjdaha yoldaşı,Nə düşdün olarnan bəsə əfəndim.

Oları göndərdilər Sibir elinə,Çox bəlalar gəldi olar sərinə.Hökmnən vurarlar qılınc zorunaDüşüblər aləmdə səsə əfəndim.

Alosman elinə talan saldılar,Cəlalı kürdünə qılınc çaldılar,İran ölkəsindən xərac aldılar,Şahıda qoydular yasa əfəndim.

Səməd bəy dediyin zəhmi ağıdı,Hökm eyləsə yüz qazağı dağıdı,Sarı qazax onlar üçün yağıdı,Qıymadılar qırmızı fəsə əfəndim.

Əmr etsələr yüz qazağı çalarlar,Onları görənlər heyran qalarlar,Aşıqlıqdan əhli mərifət qanarlar,Müşdahdılar saznan sözə əfəndim.

Ağam Səməd bəydi ləzgi qırımlı,Paşa səltənətli qulaç Kərimli,Bəlli bədöy minir bir can verimliHeç baxmırdı çoxnan aza əfəndim.

Şenlik mat edər qoç igidin pirini,Heç namərdə verməz onlar sirini,Səməd bəynən İsmeylin yerini,Verməz onan başqa kimsə əfəndim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aşıq Şenliyin Güllübulaq səfəri

Bir gün Ağbabanın Güllübulaq kəndində varlı bəylərdən birinin toyu idi. Toya Aşıq Şenliyi də dəvat etmişdilər. Amma toyu Güllübulaq kəndinin dilli-dilavər cavanı Nəsib aparırdı.Nəsibin ustadı Göləli İbrahim öləndən sonra onun işləri yarımçıq qalmışdı, odur ki, o hələlik aşıq adına layıq göülməmişdi. Amma bu məclisə Xırtızdan, Sağamoydan, Qarzaxdan, Çıldırdan, Qarsdan və Gümrüdən bəylər, ağalar gəlmişdilər.Belə bir ağır məclisdə Nəsibin saz götürməsi Çaldan gələn Aşıq Mamoşa təsir etmişdi. Odur ki, Aşıq Mamoşu sakitləşdirmək üçün Pirəli adlı birisi Nəsibin haqq aşığı olduğunu söylədi.

4 dəq
Aşıq Şenliyin Canbaz qızı rəvayəti

Aşıq Şenlik təzə evlənmişdi. Baharın gözəl vaxtı idi. O sazını götürüb Canbaz yaylasına tərəf üz tutdu. Aşıq Şenlik yaylağa çatanda gördü ki, hər tərəf gül-çiçəyə bələnib, mal-qoyun sürüləri isə Canbaz yaylasının döşünə yaylıb. O nazık cığırla bir alaçıq ev tərəfə irəliləməyə başladı. Gördü ki, alaçıqdan bir qız çıxdı. Elə bil bu zalımın balasının üstündən yel əsməyib.Müxtəsəri görəni həmayıl eylər. Gözləri elə qaynayır, elə qaynayır, daha demə, elə “öldürrəm-öıdürrəm” deyir. Aşıq Şenlik qaldı belə... Ayə bu qız kim ola, kim olmaya...... Canbazın adlı-sanlı ağalarından birinin qızı. Qızın başında araqçın əynində qırmızı don, belində gümüş kəmər var idi. Kəmərindən balaca gümüş qınlı xəncər sallanmışdı. Aşıq Şenlik bu gözəlliyi görüb nə irəli nədə ki, geri gedə bilmirdi.Qız şirin-şirin gülümsəndi.................. Aşıq nə duruxdun. Görmüşük aşıq gözəl qızlara tərif deyər, tərif söyləyər. Bəs sənin tərifin hanı? Səhv eləmirəmsə Aşıq Şenlik sənsən.

3 dəq
Aşıq

Abbas:Gəl sənnən imtahan olaq, qəm donun geyin, aşıq,

1 dəq
Deyil

Abbas:Çox da cələllanıb çıxma qarşıma,

1 dəq

Başqa şairlərin şeirləri