Səni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,Mən öz muradımı aldığım zaman,Tanımazsan solu sağı ağca qız

Eşqlə düşmüşəm mən bu sevdaya,Yalvarıram gecə gündüz Mövlaya,Çünki məcnun oldum saçı Leylaya,Bir zaman bəklərəm dağı ağca qız

Gərdənində dənə-dənə fülfüli,Kimə deyim mən bu əmri-müşkülü,Açılmaz gülləri, ötməz bülbülü,Keçmiş bu bağın çağı ağca qız

Qollarını sən Qəribin qələm ilə,Bir yerə cəm edib düz ələm ilə,Məndən gedib şah sənəmə salam elə,Bəkləyəlim burda bağı ağca qız

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar