Ayırma
Sənə qurban olum, fələk,Dağları qardan ayırma!Bülbüllər oxusun bağda,Heyvanı nardan ayırma!
Göyçəkdi yarın gözləri,Şirindi lətif sözləri.Cəmi əhli-mərəzləriSən xoş xəbərdən ayırma!
Axır ciyərmin qanı,Çağırıram dərd loğmanı.Mirzə kimi növcavanıZülfü şahmardan ayırma!
Kitabxana.az · https://kitabxana.az/works/xeyyat-mirze-ayirma
← → düymələri ilə keçid, R — təsadüfi şeir