Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Başımdan getmədi hərgiz səninlən içdigim badə,Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canım içində yazıldı surəti-məni,Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
Şaha şirin sözün qılır Misirdə bir zaman qasid,Nə qasid? Qasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.
Kitabxana.az · https://kitabxana.az/works/izzeddin-hasanoglu-apardi-konlumu-bir-xos-qemeruz-canfeza-dilber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
Ki taban yüz nuri maha bəñzərKi taban yüz[i] nuri maha bəñzərMələklər qul kibi ol şaha bəñzər
Kim Əsədvən bən ki şîrü-nər bənimKim Əsədvən bən ki şîrü-nər bənimKim Ərəbdə yalıñuz bir ər bənim
Mancılığ ilə gögə uçan bənəmMancılığ ilə gögə uçan bənəmXeybərüñ qapusını açan bənəm
Başqa şairlərin şeirləri · Eşq
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Y.P.OrbelianiAltun gəncliyimin dəyərli dostu,Ay gözəl Yelena, xanım Yelena!
Ya ilahi, istərəm səndən bu ənami amanaYa ilahi, istərəm səndən bu ənami mana,Edəsən həmdəm kim, ol sərvi-güləndamı mana.