Y.P.Orbeliani
Altun gəncliyimin dəyərli dostu,Ay gözəl Yelena, xanım Yelena!Vəfasız deyiləm, ölüncəyodək,Hazıram başına dönüm, Yelena!
Neyləyim ki, fələk çox yaman sıxdı,Onsuz da viranə qəlbimi yıxdı.Dostlarımın çoxu vəfasız çıxdı,Heyrətdə qurudu qanım, Yelena!
Gürcüstan qəşəngdir, buna yox sözüm,Gəzərkən yurdunda sevinir gözüm.Gürcü yaxşı dostdur görmüşəm özüm,Onlardan birinci canım, Yelena!
Qəlbim kimi qəlbin bilirəm safdır,Var olsun gözlərin yaxşı sərrafdır!Deyənlər var: “dostluq bir quru lafdır”,Onları insanmı sanım, Yelena!
Doğrudur, dostluqda keçon bu on il,Sevən bir qəlb üçün çox ömür deyil.Ancaq mon istərdim, onu yaxşı bil,Ağarsın tellərin, yanım, Yelena!-1935, 10 iyul*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-y-p-orbeliani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhər zamanıydı əsərkən yellər,Düşərkən jalələr oyatdı səni.
SənRuhum müdhiş bir qaranlıq içindəÇırpımrkən, imdadıma yetişdin!
Sən ağlamaMən deyən yox, fələk deyən oldusa,Əsdi yellər, gül yanağın soldusa,
Sənət qəhrəmanlarınaDemişlərdi mənə: “Sən də bir şey yazBu fənn ordusunun nəfərlərinə.
Başqa şairlərin şeirləri · Eşq
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi