Yaralı quş
Yaralıdır könlüm quşu, yaralı,Yaralandı yazıq aşiq olalı.Bir dərinlikdə ki, hər düşən çıxmaz,Qurtulmaq istəyir, qanad yaramaz.İmdadına gələn, ümidindən az,Yaralıdır könlüm quşu, yaralı!Dost ararkən ovçu çıxdı yoluna,Əzrail sağına, Ölüm soluna!Vurma, ovçu qanadına, qoluna,Yaralandı yazıq şair olalı!Aman ovçu, bunun halına düşün!Gözündə yaşı var, qoy onu töksün.Sonra amadədir ölümə hər gün,Yaralıdır könlüm quşu, yarah!Kədərli bir qəlbin yanıq fəğanıYandınr ürəyi daşdan olam.Ovçu, bu çırpınır, öldürmə bunu!Yaralandı yazıq aşiq olalı!Yurdundan aynlraış, yuvadan uzaq...Dostunun gözündən, könlündən iraq.Ümidi sənədir, ey yaradan haqq!Yaralandı yazıq şair olalı.
Kitabxana.az · https://kitabxana.az/works/cavad-yarali-qus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Arizi qəmlər əlindən ürəyim şişmiş idi,Zənn edirdim edəcəkdir ona çarə ciyərim,
Xosrov və Şirin, fəsil 107Dördüncü söylədi: sorsanız əgər,Bu, gəlin evində bir şəxsə bənzər.
Ah kim, bir yarın istiğnası öldürdü məniAh kim, bir yarın istiğnası öldürdü məni,Nazilən sərxoş xumar baxması öldürdü məni,
Müşfiqi öldürdülərMüşfiqi öldürdülərQarlı bir qış səhəri