Mən deyən yox, fələk deyən oldusa,Əsdi yellər, gül yanağın soldusa,Dərd əlindən ala gözlər doldusa,Sən ağlama, mən ağlayım, gözəlim!

Uğrunda olmuş ikən sərsəri,Mən öpmədən o qıvırcıq telləri,Dağıtdısa təbiətin yelləri,Sən ağlama, mən ağlayım, gözəlim!

Hanı sənin hər eşqinə, hər gəncəEşq oxuyan qəlbin, sönmüşdür məncə,Bulamayırsa qəlbin artıq əyləncə,Sən ağlama, mən ağlayım, gözəlim!

Bir quş idim gecə-gündüz sizlərə,Yazıq, məni güldürmədin bir kərə...Baxıb indi alnındakı izlərəSən ağlama, mən ağlayım, gözəlim!

Mən baxarkən sən vurduğun yaraya,İndi zalım fələk girdi araya...Bax, xəstə qəlbimlə gəldim haraya,Sən ağlama, mən ağlayım, gözəlim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət