Səhər zamanıydı əsərkən yellər
Səhər zamanıydı əsərkən yellər,Düşərkən jalələr oyatdı səni.Çatıldı qaşların, darıldın mənə,Islatdı jalələr nazik bədəni.
Bütün bir səhəri yalvardım durdum,Boş qalmış qoynuna çiçək doldurdum.Gülzanna Quran deyə əl vurdum,İnanmadın niyə, gülmədin niyə?
And içdim ki, könlüm sənsiz yaşamaz,Sənsiz, o bir ağlar telli sınıq saz.Qollarına verdin o dəm bir pərvaz,Oxşadın sinənə cansız düşəni.
İndi sənsiz xəstə könül sərsəri,Dolaşmaqda bütün qürbət elləri,Hey könlümü bir yol güldürən pəri,Niyə ağlar qoydun illərcə məni?
Kitabxana.az · https://kitabxana.az/works/cavad-seher-zamaniydi-eserken-yeller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
“Günahkar”.Nə ağır damğadır...
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Söhbəti hal əhlinin ruhə təravət verirSöhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
Könül, vəfasız olan nazlı yarə yalvarmaKönül, vəfasız olan nazlı yarə yalvarma,Nə etibar ona, bietibarə yalvarma!