Qabağı yazdır çillənin,Ömrü azdır çillənin.Yer bürünür ağ qara,Təslim olur bahara.Ağ bayraqlı Qış gedir,A1 bayraqlı Yaz gəlir!Nağılçılar xoş gedir,Ozan, aşıq, saz gəlir!Böyük çillə çıxmamış,Kiçik çillə gəlməmiş;Boz Ay çapır atını,Bilir qışın zatını.Bənövşə açıb gəlib,Yatağı torpaq olur;Çiçəyi yarpaq olur!Xan çobanın arzusu,Gəlir qumral quzusu!Yağış ruzu gətirir,Novruz gəlib yetirir!Qüvvət dolur qollara,Eller çıxır yollara;Dümaları gözləyir!Bülbül gülü izləyir,Şaxta, boran sovuşur!Yer düzəldib qəddini,Gözəl Yaza qovuşur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar