Nə yaman dərddir bənim ki,Söyləm əyə dilim yoxdur.Nə qəribəm, qərib kibi,Nə dərd bilən elim yoxdur!Qaldım belə, bir ah, bir bən,Tannm sənsən, pənahım sən!Başım üstə qara bulud.Qaranlıq kölgə salmaqda.Dəniz söylər “Onu” unut,Gecikdi könül almaqda!Nə yapayım, ah, bu günlər?Onunçün yürəgim titrər!Ahlar dönmüş, yağmur olmuş,Yer yüzünə düşər, ağlar.Viran eldə yatan bayquşÜçün, yuva bizim bağlar!Nə çıxar biz sızlamaqdan?Boş təvəkküm idir haqdan?!Əski “Turan” masallarıKor aşığm sinəsində.Tənəzzül et, dinlə barı,Bax, nə coşqunluq səsində!Bir kişnərsə erkək atlar,Ağzının yürəgi partlar!“Turan”m şanlı toprağıNerdədir taxtı, divanı?“Yaşa”nın cırıq yaprağı.Yol göstərir, gedən hanı?Yazıq yoldan sapanlar!Çürük bütə tapanlar!Çakva, 1917, 1 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri