Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir

Zal-u-Rüstəm tab qılmaz, sovyah kimdir qəhrəman,Rüz-i-meydani-cəng cuyəm, şiri-dövranam deyir

İrtikabi ləhv-ü-ləbə, mərifətdən bixəbər,Çirki-dünya cəm qılmış mir-ü-sultanam deyir

Kizb ilə qeybət dilində zay eylər məzhəbin,Sövm yox qılmaz səlatı, mən müsəlmanam deyir

Bəz hüsni-zən içində laf urub eylər cəfa,Nan bilər, mənanı bilməz, bəhri-ürfanam deyir

Kəndi nəfsi üçün oxudur, geyinir salus tək,İlminə qılmaz əməl, alim-ü-insanam deyir

Rəğbəti şübhə-həramə, rüşvəti pünhan dutar,Satıban dinin dinara əhli-imanam deyir

Nəqd ömrin əkl-ü-şürbə, xəft-ü-xizə sərf edir,Ruz-u-şəb dərgahi-haqqda bəndeyi-fərmanam deyir

Bu Məlali xaki-payi-fəqr-ü-qəm viranəsi,İntizari-dari-üqba bunda mehmanam deyir

Təsadüfi şeir

Başqa şairlərin şeirləri