Səriyyənin ölümü
Mən görmədim, söyləyirlər bir gecənin sonundaSənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.Bu gün qurmaq istədiyin yeni həyat yolunda,Ağ sınənə sağalmayan isti yaralar vurdu.Dalğalandı bu xəbərdən xəyalımın dənizi,Uzaq-uzaq keçmişləri xatırladım nifrətlə...Bu hal mənə düşündürdü hər qulu, hər kənizi,Ancaq mən öpdüm onları şerimdəki hörmətlə...Mən görmədim söyləyirlər hənuz körpə yaşında,Ayrılaraq can evindən altunlara satıldın:O qaranlıq gecələr ki, gəlib durdu qarşında,Sevmədiyin bir qocanın qollarına atıldın.Sən sizi çəkdiyin soyuq ahlar buludlara toxundu,Baxdım ömür dəftərinə, nə dastanlar oxundu...O gündən ki, al şəfəqli bir günəşin dalğası,Buludların arasından sıyrılıb cilvələndi,O gündən ki, məzlumların safa çıxdı yarası,Başqa bir göz salmıladı hər şəhəri, hər kəndi.Artıq sənə ilham verdi, yeni həyat, yeni saz,Sən də sevinmək istədin, gülmək istədin bir az;Məbədləri, məscidləri, Məhəmmədin dininiAyaqladın şərqə məxsus əfsanələr yurdunu...Saf havalar udmaq üçün, unutmaqçün dərdiniSən atıldın klublara, el, oba gördü bunu.Uzun qara saçlarını parça-parça kəsərək,"Yetər əyləncə olduğum!" - deyə bir gün bağırdın.Bu tufanlar əsrində sən yellər kimi əsərək,Qımıldandm dodaqaltı, xoş mahnılar çağırdınVə beləcə gündən-günə aşıb-daşdı əməlin,O səfalət yuxusundan diksinərək oyandın.Nə yazıq ki, çox sürmədən ən duyğusuz bir əlin,Dayanılmaz zərbəsilə qızıl qana boyandın.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-seriyyenin-olumu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
«Jirni baran»ın biridirOna bel bağlama çox, ağda qaranın biridir,Üzü boz, mayəsi turş, abı-qoranın biridir.