Al-yaşıl geyinmiş uca dağlarınQartallı qoynundan uzaqlaşmışam;Könül bulandıran, xəyal küsdürənTozlu bir diyarla qucaqlaşmışam...Burada hər tərəf – yerdən göyədək,Doğrudan yandırır, yaxır insanı;Acı bir hiss ilə gülümsəyərək,Deyirəm: gəzdiyim o yerlər hanı?Hanı ağ suların xoş təranəsi?Burda nə ildırım, nə şimşək çaxar:Yadıma düşdükcə Dilcan dərəsiBaşından tüstülər, dumanlar qalxar.Gecələr ay gülməz buludlar qara,Boğulur varlığım hər bir addımda.Mən çox dırmanmışam qarlı dağlara,O ellər dünyası yaşar yadımda...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri