Unut, dedim, unut! Gətirmə yada,Bir daha dünyada sən, ey səs, məni!Sevdanın uğursuz o yollarındaDaş-qalaq eylədi hər bir kəs məni.Çəmənlər, bağçalar, bağlar sarmsa,Fəzalar dönərək sular qararsaHər şeyi bir ölüm qorxusu sarsa,Əyilməm bir daha... bir həvəs məniHər dürlü matəmdən, qəmdən uçurduXəstə xatirimdə bir həyat qurdu.Tərk etdim o Qazax adlanan yurdu,Orda zəhərlədi bir nəfəs məni.Qoy gülsün taleyim, gülsün həyatım,Silinsin əskimiş hər xatiratım.Baxdım ki, bu yeni-yeni ayatımDeyir sıxmayacaq bir qəfəs məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar