Bir xəbər almışam dostlar əlindən:Əğyarın başına dünya dar olub.Gedibdir əlindan hər ixtiyarı,Pozulub şövkəti tarımar olub.Mən demişdim ona: eşit, ey insan!Qalmayacaq sənə sürdüyün dövran.Bilir Azərbaycan, bilir Dağıstan,Dərdim el içində bir şüar olub.Arif ol, ey Vurğun, uyma şöhrətə,Alışdır özünü barı möhnətə;Bir bax tarixlərə, bax təbiətəAğ günlərin sonu ahu-zar olub.Artıq bu sözlərin nə mənası var?Başımda bir köhnə qəm havası var.Onun Vurğun kimi mübtəlası var,Bir baxın ki, gedib kimə yar olub?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən