ŞƏHƏR OYANIRKƏNGünəş qısqanaraq ürkdü gecədən,Boğdu qaranlığı, can aldı yenə.Şair ən inadkar bir çocuq kimiEndi xəyalın dərinliyinə...Qayıqlar sahildə səssiz-səmirsiz...Uzaq yollar gələn yolçular kimi;Sakit bir yuxuya getmişdi dəniz,Dərin bir məqsədi, fikri var kimi.Bənzərdi ən böyük, ən xoş əmələGünün üfuqlərdə alışan rəngi.Söylədi: keçmişdən əsər var hələ, -Uzaqdan çalınan kəlisa zəngi.Ağardı kainat günəş gülərkənQalmamışdı göydə nə ulduz, nə ay;Gündüzün eşqilə hamıdan erkənSəkirdi quş kimi yerdə tramvay.Çoxaldı get-gedə, artdı hərəkət,Artıq keçinmişdi gecənin qəlbi;"Qudok"un səsindən canlanan sürətAndırırdı sağlam, polad bir qəlbi...Azacıq keçmədən cəsur insanlarQoşdu iş başına, tərpəndi şəhər...Ucaldı göylərə qara dumanlar,Həyatı yaşadar çalışqan əllər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri