Şəklində
Sevimli tələbəm Tağı Şahbaziyə.
Sevimli bir diləyim var, xəyal şəklində,Yeni bəhər verəcək bir nihal şəklində
Məni üzər gecə-gündüz o müdhiş ayrılığı,Yeyər bu qəlbimi dərdü məlal şəklində.Fəraqə dözməyirəm, hardasan? Görün! – derkən,Önümdə cilvələnir bir sual şəklində.
Zaman-zaman dəyişir rəngini, lətafətini,Qürubə qarşı o gülgün şimal şəklində.
Şəfqət kimi yanaşır, əl uzatmaq istərkən,Uzaqlaşır o vüsalı məhal şəklində.
Gözümdən indi yenə, kim onu qovur buradan?Süründüm izləyərək bir zilal şəklində.
Odur göründü yenə sevgili gözəllərtək,Bəzər xəyalımı coşqun məal şəklində.
Gülümsəyir üzümə, bax, vüsal üçün yanaşır,Açıb iki qolunu bir hilal şəklində.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-seklinde-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəldi bir kəndlinin yanına ilan.Dedi: “Bundan sonra mənə gəl inan.
İsgəndər və filosof DiojenQoşunla keçərkən rumlu İsgəndər,Ona söylədilər: “Ey, böyük qeysər!
VətənBeş pərdəli dramİştirak edənlər
Birinci pərdəSıldırım qayalar. Aşağı tərəf çəmənlik və meşəlikdir. Bir qayanın ətəyində çeşmə*şırıldayıb axır. Dan yeri ağarmış, üfüqdə bir-birinin üzərinə yıxılmış kimi duran bulud*
Başqa şairlərin şeirləri · Hicran
Qəribsədim uzaqlarda,Könlüm-gözüm səni andı.
Ceyranımİntizarın üzdü, bir insaf eylə,Qıyma cavan ömrüm sola, ceyranım.
Kəmali-hüsn ki, sane o sərvi-nazə verəKəmali-hüsn ki, sane o sərvi-nazə verə,Dəxi nə hacət ona bir də zibi-qazə verə?
ÇırpınmaBir günəşdir ucalıqlarda, yenilməz sevgi,Onun aləmdə vüsal bayramı, hicran yasıdır.