Qəribsədim uzaqlarda
Qəribsədim uzaqlarda,Könlüm-gözüm səni andı.Ayrıldığım nə müddətdi,Bir əsrdi, yoxsa andı?..
Mən vəfalı gördüm, gülüm,Özün kimi həsrətini,Yad etdinmi sən də bu vaxtSənə şeir həsr edəni?
Sorağının sorağıylaDağ-dərəli yollar dolu,Ayrılığ;n sözləri təkYağır yağış, yağır dolu.
Tutub sözün, səsin, adınUca dağı, gen dərəni.Əllərinlə döyür küləkSəhərəcən pəncərəni.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-qeribsedim-uzaqlarda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Sürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.