Kədər başdan-başa sinəmi tutmuş
Kədər başdan-başa sinəmi tutmuş,Nəfəs almağa da yer saxlamamış.Fəsillər astaca üstündən keçər,Əriməz ordasa boranlı bir qış.
Bircə qış fəslini qəbul eyləyər,Bir-biri üstünə yığılar qışlar,Sinəmdə hökm edərikiqat, üçqatSıx yağandolular,qarlar,yağışlar.Bir insan nəfəsi əridə bilərSinəmin hakimi bu ağır qışı.Amma o gözdə də bir qış görürəm –Tökər qış üstünəqarı,yağışı.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-keder-basdan-basa-sinemi-tutmus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
VardırMəni çəkirlər divanə,Şəbnəm düşəndə sünbülə,
Başıma gəldiGör arxamca necə düşüb fəsli-baharım,Məni yalqız buraxmadı, qışıma gəldi.
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər