Gör arxamca necə düşüb fəsli-baharım,Məni yalqız buraxmadı, qışıma gəldi.O, daradı saçlarımı yaz yelləriylə,Çiçək taxdı torpağıma, daşıma gəldi.

Yandı üfüq, açdı çiçək, köpürdü sular,Körpə kövrək tumurcuğa döndü duyğular.Cana gəldi donuq hisslər, ölən arzular,Könlümdəki bu intibah xoşuma gəldi.

Bu nə idi? Qınamıram mən təbiəti,Sevənlərdən əsirgəmir saf məhəbbəti.Elə bil ki, bu dünyanın dadı, ləzzətiBircə anda çörəyimə, aşıma gəldi.

Bu sözləri mən hər dosta, yada demişdim,– Verdim eşqi, məhəbbəti bada – demişdim.Mən ki sevgi sevdasına vida demişdim,Ay həzərat, bu nə işdi başıma gəldi?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq