Arizin görmək ilə tərk-i dil ü can etdim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Tərk-i can eyləyibən hüsnünə mayil oldum,Oəmü dərdini könül şəhrinə mehman etdim.
Küfr-i zülfün buraxıb dil, yüzünə mayil olub,Şükrlillah kim, onu tazə müsəlman etdim.
Vəsl-i rüxsarını bu xəstə könül istər ikən,Zövq-i müjkanını dil dərdinə dərman etdim.
Yetməyə ol xət-i rüxsarın üçün qərd-i rəhin,Didədən əşq sər-i kuyinə əfşan etdim.
Müxtəsər olmadı, unvanı mütəvvəl yazdım,Zülfünün şərhini sərdəftər-i divan etdim.
Küfr-i zülfünlə tutub üns könül müddətdir,Ol səbəb tərk-i rəh-i din ilə iman etdim.
Görəli gün kimi rüxsarını min izzət ilə,Gətirib mehrini dil mülkünə sultan etdim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Agahı tərk eləyib qeyri ilə tutdun ülfət,Bivəfa yar, səninlə belə peyman etdim?
Kitabxana.az · https://kitabxana.az/works/haci-abbas-agah-arizin-gormek-ile-terk-i-dil-u-can-etdim
Başqa şairlərin şeirləri · Eşq
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.