Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünKim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.Ayrılığ zə'fi bilən bəs kim, ölürmən dəmbədəm,Tutdular yüz min kərəz1 matəm məni-bimar üçün.Yox sana lütfivü var əğyara dersən, ey rəfiq,Necə bir könlüm məlul olsun bu yoxü var üçün.Müşkili-düşvari-eşqə etmə tədbir, ey həkim,Eyləməz tədbir... bu müşkili-düşvar üçün.Bir qədəh mey birlə dün bəzmində rəf' oldu qəm,Can fəda bolsun anın tək həmdəmi-qəmxar üçün.Sadiqi, azürdə istər hər zəman canan səni,Guiya xəlq eylədi xaliq səni azar üçün.
Kitabxana.az · https://kitabxana.az/works/sadiq-bey-efsar-dustlar-serf-eylerem-neqdi-vefa-bir-yar-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müddəi qövlilə çün kim salmadın gözdən bəni,Saxlasun, ey sevdügim, Tanrı yəman gözdən səni.
Şad olamazmı bilür bir qəmi-aləm nə imişŞad olamazmı bilür bir qəmi-aləm nə imiş,Mən ki, qəm həmdəmiyəm, mən bilürəm qəm nə imiş.
Bir nigarın hicrivü nabədin cəhanın möhnətiBir nigarın hicrivü nabədin cəhanın möhnəti,Kaş aləmdin kəsileydi könülnün ülfəti.
Mənzilim dərgahi-cananımda bolğay kaş kiMənzilim dərgahi-cananımda bolğay kaş ki,Ya ona mənzil mənim canımda bolğay kaş ki.
Başqa şairlərin şeirləri · Eşq
Zəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
ÖyrənmişŞəfa bəxş dəmin ol Həzrəti İsadan ögrənmiş,Həyatı cavidanı ləblərin Xizrindən ögrənmiş.
Qəmli axşamlarının yoxmu, ayüzlüm, səhəri?Qəmdən öldüm, hanı bəs mehrü məhəbbət əsəri?
SevgilimGecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,